IMG-LOGO

ABŞ-də Epşteyn işi ilə bağlı sənədlərin açıqlanacağı tarix bəlli olub

20 Dec 2025 00:47 4 baxış
IMG

Amerikalı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlər dekabrın 19-u cümə günü, Şərq vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 00:00-da) dərc olunacaq.

"Report" xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda, baş prokurorun müavini Todd Blenç "Fox News" telekanalına bildirib ki, ABŞ Ədliyyə Nazirliyi 19 dekabrda yalnız sənədlərin birinci hissəsini açıqlamağı planlaşdırır. Qalan fayllar isə "növbəti bir neçə həftə ərzində" ictimaiyyətə təqdim olunacaq.

Ümumilikdə, ABŞ Ədliyyə Nazirliyi maliyyəçi ilə bağlı "bir neçə yüz min" sənədi dərc etməyi nəzərdə tutur.

Xəbər lenti