IMG-LOGO

Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 21-ə çatıb

31 Dec 2023 03:38 197 baxış
IMG

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Onun sözlərinə görə, dünyasını dəyişənlərdən üçü uşaqdır:

“17-si uşaq olmaqla 110 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu günədək 30 çoxmənzilli yaşayış binasında, 344 mənzildə, 3 fərdi təsərrüfatda, bir neçə təsərrüfat subyektində və sosial obyektlərdə, o cümlədən məktəb, lisey, uşaq bağçasında müxtəlif dəymiş ziyan müəyyən edilib. Zərər çəkmiş 51 avtomobilin sahibləri müəyyən edilib. Zərərin qiymətləndirilməsi işləri davam edir”.

Qubernator əlavə edib ki, xəsarət alan 30 nəfərin vəziyyəti ağırdır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti