IMG-LOGO

"İrəvanda xal qalmadı" adlı bədii-sənədli kitab hazırlanır

16 Dec 2025 18:25 5 baxış
IMG

"İrəvanda xal qalmadı" adlı bədii-sənədli kitab hazırlanır.

"Report" xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Məlumata görə, "İrəvanda xal qalmadı" adlı bədii-sənədli kitabı Azərbaycan Ədəbiyyatı Fondunun "Qərbi Azərbaycan əsərlərdə" layihəsi çərçivəsində nəşrə hazırlanır.

Fondun rəhbəri, yazıçı Varis Yolçuyev bildirib ki, roman XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalına həsr edilib. Romanda mühüm tarixi arxiv materiallarından istifadə edilib. Əsərdə İrəvan xanlığının timsalında bu işğalın maddi və mənəvi məhrumiyyətlərə səbəb olan nəticələri, xüsusilə Azərbaycanın tarixi torpaqları hesabına Çar Rusiyasının erməni dövləti yaratması prosesi yüksək bədii-estetik dildə ifadə olunub. Bu milli faciənin doğurduğu fəlakət bir-birini sevən iki gəncin - Uluxan və Selcanın məşəqqətli həyat hekayəsi fonunda təsvir olunur.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Xəbər lenti