IMG-LOGO

Nazir müavini: Bakı-Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

15.12.2025 01:00 5 baxış
IMG

Azərbaycan-Özbəkistan münasibətləri iki ölkə liderinin gələcəyə yönəlmiş siyasəti sayəsində hazırda mədəniyyət də daxil olmaqla bütün sahələrdə dinamik şəkildə inkişaf edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimində bildirib.

"Özbəkistanda və Azərbaycanda keçirilən Mədəniyyət Günləri adi mədəni tədbirin çərçivəsindən daha çox kənara çıxır. Bu, iki qardaş xalqın ortaq köklərinin, qarşılıqlı hörmətinin və dostluğunun bariz təzahürüdür", - F.Cəfərov deyib.

Nazir müavininin sözlərinə görə, bu il hər iki ölkənin yenidən qarşılıqlı əsasda Mədəniyyət Günləri keçirməsi, mədəniyyət və incəsənət xadimlərinin müntəzəm olaraq Azərbaycan və Özbəkistanda keçirilən beynəlxalq festivallarda iştirak etmələri təsadüfi deyil.

F.Cəfərov həmçinin xatırladıb ki, bu il Azərbaycan sənətçiləri Özbəkistanda keçirilən nüfuzlu beynəlxalq festivallarda böyük maraqla qarşılanıb, Özbəkistan sənətçiləri isə Azərbaycanda təşkil olunan mədəni tədbirlərdə fəal iştirak ediblər.

"Bütün bunlar iki dövlət və iki xalq arasında qardaşlığın, dostluğun və qarşılıqlı etimadın əyani sübutudur", - o əlavə edib.

Xəbər lenti