IMG-LOGO

Ramin Məmmədov BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edəcək

11 Dec 2025 11:37 44 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) 11-ci Qlobal Forumunda iştirak edəcək.

"Report" xəbər verir ki, tədbir dekabrın 14-15-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər, vətəndaş cəmiyyəti institutları və media qurumlarının nümayəndələri, həmçinin gənclər təmsil olunacaqlar.

Tədbirdə "BMTSA: İnsanlıq naminə iki onillik dialoq – çoxtərəfli dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünün irəli aparılması" mövzusu ətrafında müzakirələrin, habelə qlobal sülhün möhkəmləndirilməsi, dialoqun inkişafı, multikultural dəyərlərin təşviqi istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Mənbə: report.az

Xəbər lenti