IMG-LOGO

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11 Dec 2025 11:55 50 baxış
IMG

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib.

"Report" xəbər verir ki, bunu Mərkəzin rəsmisi İbrahim Süleymanov "Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası" tədbirində deyib.

O bildirib ki, bu layihələrdən ilki və ən böyüklərindən biri e-qanun AI layihəsidir: "Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat və Ədliyyə nazirliklərinin birgə layihəsidir. Burada istifadəçilər süni intellekt əsasında sürətli axtarışını və suallarının hüquqi təhlilini apara bilərlər".

Onun sözlərinə görə, bu günə kimi 3 mindən çox icma üzvü də formalaşdırılıb: "Biz 15-dən artıq süni intellekt mütəxəssisi yetişdirmişik və onlar artıq bizimlə birlikdə fəaliyyət göstərir. Mərkəzimizdə eyni zamanda hazırda 100-dən artıq süni intellekt mühəndisi təhsil almaqdadır".

Mənbə: report.az

Xəbər lenti