IMG-LOGO

Nəriman Həsənzadənin SON DURUMU

11 Dec 2025 10:40 48 baxış
IMG
Nəriman Həsənzadənin SON DURUMU 5 0

Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində qalmaqdadır.

Bu barədə Lent.az-a şairin köməkçisi Arif Mehmandost məlumat verib.

Onun sözlərinə görə, Xalq şairinin vəziyyəti hələ də həkim nəzarətindədir:

“Nəriman müəllim hələ də reanimasiyadadır. Ola bilsin, bu gün də yenidən dializ olunsun”.

Arif Mehmandost əlavə edib ki, şairin huşu yerindədir və müalicə prosesi davam etdirilir.

Qeyd edək ki, Nəriman Həsənzadə uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir və təxminən iki aydır xəstəxanada müalicə alır.   

Nəriman Həsənzadə Xalq şairi Nəriman Həsənzadənin son durumu

Mənbə: lent.az

Xəbər lenti