IMG-LOGO

Azərbaycanın basketbol millisi beynəlxalq turnirdə ikinci yerə çıxıb

08 Dec 2025 20:18 22 baxış
IMG

Azərbaycanın basketbol üzrə yeniyetmə qızlardan və oğlanlardan ibarət komandaları Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Rıjenkov adına XXVIII beynəlxalq turnirdə çıxışlarını başa vurublar.

"Report" xəbər verir ki, qızlardan ibarət U-16 millisi ikinci, oğlanlardan ibarət komanda isə dördüncü olub.

Bundan əlavə, 3 basketbolçumuz - Leyla Allahverdiyeva, Polina Şukina və Faiq Kərimov xüsusi nominasiyalarda mükafatlandırılıblar.

Mənbə: report.az

Xəbər lenti