IMG-LOGO

Kamboca münaqişənin kəskinləşməsi səbəbindən Tailandla sərhəddə 377 məktəbi bağlayıb

08 Dec 2025 17:41 27 baxış
IMG

Kambocanın Təhsil, Gənclər və İdman Nazirliyi iki ölkə arasında sərhədboyunca münaqişənin kəskinləşməsi səbəbindən Tailandla sərhəddə dörd əyalətdə 377 məktəbi müvəqqəti olaraq bağlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kamboca Mətbuat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu tədbir uşaqların və təhsil müəssisələrinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Xatırladaq ki, Kamboca və Tailand arasında münasibətlər dekabrın 8-də yenidən gərginləşib. Son məlumatlara görə, sərhəddəki toqquşmalar zamanı bir Tailand hərbçisi ölüb, daha dördü yaralanıb.

Mənbə: report.az

Xəbər lenti