Yeni ili unudulmaz atmosferdə, sevdiyiniz müğənnilərin canlı ifaları ilə qarşılamaq istəyənlər üçün 31 dekabr axşamı ölkənin müxtəlif məkanlarında əsl bayram ab-havası yaşanacaq.
Yeni ili məşhur müğənnilərlə eyni məkanda qeyd etmək neçəyə başa gəlir? Lent.az mövzuyla bağlı araşdırmanı təqdim edir.
Nadir Qafarzadə ilə musiqili gecə
Şəhərin mərkəzindəki restoranlardan birində müğənni Nadir Qafarzadə səhnə alacaq. Qiymət: 140 manat Proqram: musiqi, bayram menyusu və əyləncə atmosferi.
Premium gecə: Nuri və Jane
Lüks istirahət zonasında keçiriləcək premium yeni il gecəsində Nuri və Jane çıxış edəcək. Qiymət: 450–600 manat Proqram: canlı ifalar, şou elementləri və yüksək səviyyəli bayram formatı.
Yeni İl Partisi – UMU və dünya ulduzları ilə
Populyar əyləncə məkanlarından birində təşkil olunacaq gecədə dünyaca məşhur MAAURA (LIKE DAT) səhnəyə çıxacaq. Onlara Backeer & Elline və Monroe da qoşulacaq. Qiymət: 35–200 manat Proqram: DJ, canlı performanslar, dinamik musiqi və festival ab-havası.
Ulduzlarla dolu Yeni İl gecəsi
Şəhərin böyük məkanlarından birində aşağıdakı sənətçilərin iştirakı ilə geniş proqram təqdim olunur:
Hiss Şəbnəm Şovuzlu Vəfa Şərifova Nazənin Namiq Qaraçuxurlu Qiymət: 200–250 manat Proqram: limitsiz yemək və içki, şou proqram və canlı musiqi.
Gala formatında bayram - Ədalət Şükürov və Eyyub Yaqubov
Yeni ili mini-tətillə birləşdirmək istəyənlər üçün ölkənin nüfuzlu istirahət komplekslərindən birində xüsusi paket təqdim olunur. Qiymət: 2000 manat Paketə daxildir: 31 dekabr giriş 2 yanvar çıxış Bayram gecəsi konsert proqramı və istirahət. Geniş tərkibli musiqi şousu Əyləncəsi bol gecə istəyənlər üçün iri restoran-komplekslərdən birində iki nəfərlik paket təklif olunur.
Çıxış edənlər:
Niyaməddin Musayev Şəbnəm Tovuzlu İzzət Bağırov Vəfa Şərifova Elnur Məmmədov Balaəli Pərviz Bülbülə
Qiymət: 400 manat (iki nəfər üçün)
Proqram: rəngarəng səhnə çıxışları, musiqi dolu şənlik və bayram süfrəsi.
Yeni il konsertləri 2026 konsertləri Müğənnilər yeni il




Mənbə: lent.az