IMG-LOGO

"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

08 Dec 2025 14:38 27 baxış
IMG

Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi "Fərdi jurnalist müsabiqəsi"ndə qaliblərin siyahısında "Global Media Group" holdinqin tərkibinə daxil olan media qurumlarının altı əməkdaşı var.

"Report" xəbər verir ki, qaliblər arasında "Report"un əməkdaşları Sənan Ağamalızadə (ən yaxşı reportaj) və Nihat Pir (ən yaxşı jurnalist araşdırması) var.

Bundan başqa, "Caliber.az"ın əməkdaşı Timur Rzayev (ən yaxşı reportaj), "Oxu.az" saytının əməkdaşı Əzizə İsmayılova (ən yaxşı jurnalist araşdırması) "Kaspi" qəzetinin əməkdaşı Azad Əliyev (ən yaxşı ictimai-siyasi təhlil), "Baku TV"dən isə Vüsal Lalayev (Ən yaxşı sosial-iqtisadi reportaj) qalib olub.

Mənbə: report.az

Xəbər lenti