IMG-LOGO

8 min müəllimin işdən çıxarılmasının səbəbi AÇIQLANDI

08 Dec 2025 12:05 23 baxış
IMG
8 min müəllimin işdən çıxarılmasının səbəbi AÇIQLANDI 0 0

"Müəllimlərlə bağlı serifikatlaşdırma prosesində, təxminən, 8 minə yaxın müəllimin fəaliyyətinə öz peşəsinə uyğun olmadığına görə xitam vermişik. Onlardan 5500-dən çoxu yuxarı sinif, 1000-dən çoxu isə ibtidai təhsil üzrə müəllimlərdir".

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

“Dilin tədrisi ilə bağlı ayrı-ayrı yaş və öyrənmə xüsusiyyətlərini nəzərə almaqla, onların öyrənmə keyfiyyətlərini nəzərə alan tədqiqat yoxdur. "Hansı çalışmalarla uşaq daha çox öyrənir” sualı dərindən tədqiq olunmur”, - nazir bildirib.

Nazir qeyd edib ki, Azərbaycan dili və ədəbiyyat ixtisasına gələn müəllimlərin sayında artım müşahidə olunur: “Son illər 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib. Bizim də prioritetimiz müəllimlik ixtisasının balını qaldırıb savadlı kadrların yetişməsinə imkan yaratmaqdır”.

işdən çıxarıldı

Mənbə: lent.az

Xəbər lenti