IMG-LOGO

"YAŞAT" Fondu müalicə və psixoloji dəstək xərcləri üçün 38 milyon manata yaxın pul xərcləyib

08 Dec 2025 11:01 25 baxış
IMG

"YAŞAT" Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 37 milyon 911765 manat pul xərcləyib.

"Report" xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı zamanı fondun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 51 325, itkin ailə üzvlərinin 4 və yaralıların 25 934 müraciəti olmaqla ümumilikdə 77 263 müraciət təmin edilib:

"Ümumilikdə 193 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 184-ü müharibə əlili, 9-u isə şəhid ailəsi üzvüdür. Hazırda 1 müharibə əlilinin müalicəsi Türkiyədə davam edir".

Mənbə: report.az

Xəbər lenti