IMG-LOGO

Gənc oğlan idman zalında vəfat etdi

30.10.2025 00:20 9 baxış
IMG

Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.

Lent.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Eyvazov Adil Emin oğlu 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.

Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti