IMG-LOGO

“Bavariya” öz meydanında “Dortmund”a qalib gəldi

19.10.2025 00:20 9 baxış
IMG

“Bavariya” klubu Bundesliqanın yeddinci turunda doğma meydanda “Borussiya Dortmund” ilə qarşılaşıb.

Lent.az xəbər verir ki, görüşdə münxenlilər 2:1 hesabı ilə qalib gəliblər.

Qarşılaşmada hesabı 22-ci dəqiqədə Harri Keyn açıb. Oyunun 79-cu dəqiqəsində Mişel Olise fərqi iki topa çatdırıb. Lakin beş dəqiqə sonra “Borussiya Dortmund”un yarımmüdafiəçisi Yulian Brandt bu qollardan birinin əvəzini çıxıb - 2:1. Görüş bu hesabla da başa çatıb.

Xəbər lenti