IMG-LOGO

“Mançester Yunayted” səfərdə, "Tottenhem" evdə heç-heçə etdi

11.04.2025 01:23 31 baxış
IMG

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Lent.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub. 

“Mançester Yunayted” səfərdə “Lion”un qonağı olub. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı məhsuldar heç-heçə ilə yekunlaşıb.

"Latsio" isə səfərdə "Bodo-Qlimt"lə görüşdə məğlub olub. Ev sahibləri rəqibini 2 cavabsız qolla məğlub edib - 2:0.

UEFA Avropa Liqası 1/4 final mərhələsi, ilk oyunlar

10 aprel

20:45 "Bodo-Qlimt" – "Latsio" 2:0 23:00 "Lion" – "Mançester Yunayted" 2:2 23:00 "Reyncers" – "Atletik" 0:0 23:00 "Tottenhem" – "Ayntraxt" 1:1

Xəbər lenti