IMG-LOGO

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 Mar 2025 00:28 296 baxış
IMG

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1949-cu il təvəllüdlü Y.İsayevi vurub.

Piyada xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti