IMG-LOGO

Hollivud ulduzları istirahət etməyi sevirlər: İtaliyada turistlərə hava satılan yer

08.01.2025 01:45 4 baxış
IMG

Onilliklər ərzində İtaliyadakı Komo gölü beynəlxalq ulduzlar üçün məşhur istirahət yeri olub. Xüsusilə Madonna, Corc Kluni, Bred Pitt və bir çox başqa məşhur simalar orada istirahət ediblər.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 2023-cü ildə İtaliya, demək olar ki, 86 milyon turist qəbul edib və bu göl ən populyar yer olub.

"Onun reputasiyası o qədər böyük olub ki, indi şirkətlərdən biri bu bölgəni sevən turistlərə satmaq üçün bazara maraqlı suvenir təqdim etmək qərarına gəlib. ItalyComunica 400 ml-lik "Komo gölünün orijinal havası"nı 9,99 avroya satır (8, 31 fnt sterlinq). Məhsulu "ideal və dəbdəbəli suvenir" kimi təsvir edən məqalədə qeyd olunur.

Qeyd edilir ki, Komo gölünün populyarlığı əvvəllər internetdə gölün təsvirini əks etdirən afişalar satan marketoloq Devid Abaqneylanın ideyasına təkan verib.

CNN-ə müsahibə verən bir şirkət nümayəndəsi Abaqneyranın "turistlərin baqajında asanlıqla daşına bilən bir suvenir" yaratmağa çalışdığını paylaşıb.

Devid özü qeyd edib ki, tərkibində heç bir maye olmayan konservlər konsepsiyası real məhsuldan daha çox yeni və yaddaşa daha yaxın bir şey yaradır. "Bu, məhsul deyil, ürəyinizdə daşıya biləcəyiniz maddi yaddaşdır", - şirkət nümayəndəsi deyib.

Eyni zamanda, hər kəs məhsulun bu vizyonunu bölüşmür. Xüsusilə, Komo şəhərinin meri Alessandro Rapineze ziyarətçilərin evlərinə ipək yaylıq kimi yerli sənətkarlığı xatırladan suvenirlər götürmələrini istəryib.

"Bu, yeni ideyadır, bəli, amma hamı üçün deyil. İtaliyanın ən gözəl şəhərlərindən birinin meri kimi, kimsə evinə hava almaq istəyirsə, mən bunda heç bir problem görmürəm, nə qədər ki, onlar özləri ilə bölgənin gözəl xatirələrini də aparırlar", - Rapineze vurğulayıb.

Öz növbəsində, “İtalyaComunica” şirkəti bildirir ki, suvenir alan turistlər ondan istədikləri kimi istifadə edə bilərlər, məsələn, qutudan qələm tutacağı düzəldə bilərlər.

"Təmiz qablar onlayn olaraq mövcud deyil və yalnız gölün ətrafındakı yerli mağazalarda tapıla bilər ki, bu bölgədə turizmi təşviq etsin", - məlumatda xəbərdarlıq edilir.

 

Xəbər lenti