IMG-LOGO

Gəncədə 22 yaşlı gənc bıçaqlandı

01 Jan 2025 02:14 194 baxış
IMG

Gəncədə bıçaqlanma  hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü İ.Pənahov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat edilib.

Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, İ.Pənahov küçədə tanımadığı şəxslə mübahisə edən zaman bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti