Bakının Nizami rayonunda piyadanı avtomobil vurub.
Lent.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.
19 yaşlı Paşazadə Rauf Sahil oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Sürücü hadisə yerindən yayınıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.