Lənkəranda dəm qazından zəhərlənən kişinin vəziyyəti orta ağır qiymətləndirilir.
Lent.az xəbər verir ki, xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 19.12.2024-cü il tarixində saat 23:15 radələrində Lənkəran rayonu Cil kəndində dəm qazından zəhərlənmə şübhəsilə 1 nəfər (kişi cinsli) şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zərərçəkənə zəruri tibbi yardım göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
*** 00:15
Lənkəranda dəm qazından zəhərlənmə baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cil kəndində baş verib.
Kənd sakini 48 yaşlı Vaqif Sədulla oğlu Nəhmətov hamam otağında dəm qazından zəhərlənib.
V.Nəhmətov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəyə zəruri ilkin tibbi xidmət göstərilib. Müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.