IMG-LOGO

ADSEA: Şirvan kanalının Göyçaydan keçən hissəsi tam bərpa edilib

12 Dec 2024 09:33 268 baxış
IMG

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa edilib.

Bu barədə “Report” Azərbaycan Dövlət Su Agentliyinə (ADSEA) istinadən xəbər verir.

Məlumata görə, Lək kəndi ərazisində torpaq qatının yarılması ilə bağlı problem tam aradan qaldırılıb. Suvarma kanalında təmir-bərpa işləri canlı qüvvə və ağır texnika vasitəsilə həyata keçirilib, təhlükəsizlik tədbirləri görülüb.

Bildirilib ki, hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməyib.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti