Azərbaycan vətəndaşı “Pyateroçka”nın menecerinə külli miqdarda rüşvət verib ki, onun meyvə-tərəvəzləri Yekaterinburqda bu şəbəkənin satış məntəqələrinin rəflərinə düşsün.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, istintaqın məlumatına görə, 2020-ci ildən 2023-cü ilə qədər sahibkar “Pyateroçka” paylama mərkəzinin əməkdaşına tərəvəz və meyvə daşımalarından keçməsi üçün 760 min rubldan çox pul köçürüb. İş adamı saxlanılıb və günahını etiraf edib.
İşin üstü şəhər Daxili İşlər İdarəsinin iqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən açılıb. Faktla bağlı “Kommersiya məqsədi ilə rüşvət alma” maddəsi ilə cinayət işi başlanıb. Azərbaycanlıya başqa yerə getməməsi ilə bağlı yazılı öhdəlik verilib.