IMG-LOGO

Ağdaşda FACİƏ: dərsdən qayıdan şagird kanalda BATDI

12 Dec 2024 09:41 182 baxış
IMG

Ağdaşda şagird su kanalında batıb.

Lent.az-ın məlumatına görə, hadisə Şirvan Suvarma kanalının Qoşaqovaq kəndindən keçən hissəsində baş verib.

14 yaşlı Zakirli Vüqar Nurlan oğlu dərsdən qayıdarkən həmin kanalda əlini yumaq istəyib. Lakin müvazinətini itirərək yıxılıb və suda batıb.

Hazırda onun tapılması üçün axtarış işləri aparılır.

Mənbə: lent.az

Xəbər lenti