IMG-LOGO

İlon Mask arvadlarından ikisi və 11 uşağı üçün yaşayış kompleksi qurur

31.10.2024 02:29 34 baxış
IMG

Amerikalı sahibkar və dünyanın ən zəngin insanlarından biri olan İlon Mask 11 uşağı və onların anaları üçün Ostində (Texas) yaşayış kompleksi qurur.

Lent.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) adı açıqlanmayan mənbələrə və təsdiqedici sənədlərə istinadən məlumat yayıb.

Məlumatlara görə, milyarder bu məqsədlə Tesla şirkətinin qərargahının yerləşdiyi Ostində malikanə alıb və onun yanında yerləşən villanın alınmasına köməklik edib. İki binanın ümumi dəyərinin təxminən 35 milyon dollar olduğu qeyd edilir.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, son aylarda Mask yaxın adamlarına övladlarının və analarının üçündən 2-nin qonşu evlərdə yaşamasını istədiyini deyib.

Onun fikrincə beləliklə kiçik uşaqlar bir-biri ilə daha yaxından ünsiyyət qura biləcək və iş adamı onlarla keçirəcəyi vaxtı planlaşdırmaq imkanı əldə edəcək.

Xəbər lenti