IMG-LOGO

Fransız futbolçudan diqqətçəkən geyim

08.10.2024 21:01 47 baxış
IMG

"Liverpul"da çıxış edən 25 yaşlı İbrahima Konate Fransa milli komandasının düşərgəsinə qatılarkən geyindiyi parlaq yaşıl kapüşonla diqqət çəkib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Konate milli düşərgəyə Fransa Millətlər Liqasının İsrail və Belçika ilə oyunlarında iştirak etmək üçün qatılıb.

Üzünü gizlətmək üçün fermuarlı yaşıl kapüşon geyinən Konate avtomobilindən düşəndə bütün diqqətləri üzərinə çəkib.

Jurnalistlərə doğru bir neçə addım atdıqdan sonra Konate gülərək "məni tanıyırsınız? Təxmin etməyə çalış" deyib.

Daha sonra fransalı müdafiəçi kimliyini açıqlamaq üçün kapüşonu açıb.

Xəbər lenti