IMG-LOGO

Sabah Bakının 3 qəsəbəsində su kəsiləcək

25.09.2024 17:13 2 baxış
IMG

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə “Report” Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.

Qurum narahatlığa görə abonentlərdən üzr istəyir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti