IMG-LOGO

Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" musiqi gecəsi

25.09.2024 15:29 3 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Bakıdan Gəncəyə" layihəsi təqdim olunub. 

Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə baş tutan klassik musiqi gecəsində Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, filarmoniyanin solistləri Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Vasif Bayramov, Opera və Balet Teatrının solisti Günel Hacıyeva çıxış ediblər. Gecədə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Nigarın ariyası, Həsən xanın ariyası, "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Əsgərin mahnısı, Niyazinin "Arzu" romansı, Ş.F.Qunonun "Faust" operasından Mefistofelin kupletleri səsləndirilib.

Xəbər lenti