IMG-LOGO

Azərbaycan klubunda yeni təyinat reallaşıb

25.09.2024 16:16 3 baxış
IMG

Bu ildən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq “Ordu” klubunda yeni təyinat reallaşıb.

Klubdan "Report"a verilən məlumata görə, Anar Hacıyev komandanın məşqçisi təyin olunub.

O, baş məşqçi Alberto Blankonun köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Anar Hacıyev son olaraq “Sərhədçi” klubunda və Azərbaycanın U-20 yığmasında köməkçi məşqçi kimi çalışıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti