Bakının Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli velosiped zolağı təşkil edilib.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, küçənin sağ tərəfində mövcud parklanma yerləri saxlanılıb. Eyni zamanda velosiped zolaqları təşkil edilən hissələrdə ciblər olan yerlərdə də parklanma yaradılıb. Sürücülər müəyyən edilmiş hissələrdən mikromobillik istifadəçilərinə mane olmamaq şərtilə parklanma yerlərinə daxil ola bilərlər.
"Belə həllər beynəlxalq təcrübədə də geniş yayılıb. Belə ki, Amerika Şəhər Nəqliyyat Peşəkarlarının Milli Assosiasiyası tərəfindən də velosiped zolaqlarının təşkili sahəsində həll yollu kimi tövsiyə edilir", - deyə məlumatda qeyd olunub.
Bizim Telegram kanalımıza abunə olun