IMG-LOGO

Rusiyada miqrantlar maaşa görə müdiri döydülər

25.09.2024 13:55 50 baxış
IMG

Rusiyanın Smolensk vilayətində əməkhaqqından narazı qalan miqrantlar işəgötürənlərini boru ilə döyüb və qarət ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Zaqornı kəndində baş verib. Müdir 4 miqrantı işə götürüb, amma maaş əcnəbiləri qane etməyib və tərəflər arasında münaqişə başlayıb.

Nəticədə miqrantlar işəgötürəni metal boru ilə döyüb, ondan 600 min rubl oğurlayıb və maşına minərək qaçıblar. Yaralı yardım üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Şübhəlilər Kaluqa vilayətində saxlanılıb. Məlum olub ki, onların hamısı həmyerlilərdir. Üç nəfər isə Rusiyada qeyri-qanuni olub. İmmiqrasiya qanunlarını pozduqlarına görə onlar barəsində inzibati protokollar tərtib edilib və quldurluq maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti