IMG-LOGO

Kolbasa şirkətində FACİƏ: İcra başçısının qardaşını cərəyan vurub öldürdü - YENİLƏNİB

25.09.2024 14:00 53 baxış
IMG

Azərbaycanda kolbasa şirkətində baş verən faciədə ölən şəxsin icra başçısının qardaşı olduğu məlum olub. 

Lent.az "modern.az"a istinadən bildirir ki, “Ay-min” MMC-də (kolbasa şirkəti) cərəyan vuraraq ölən, Habil Böyükağa oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşıdır. 

***

saat 11:06

Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) qeydə alınıb.

Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb. 

Faktıa bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Xəbər lenti