Texnologiya o qədər sürətlə dəyişir ki, bu istiqamətdə risklərin bəzilərini hətta proqnozlaşdırmaq mümkün olmur.
"Report" xəbər verir ki, bunu ADA Universitetinin Dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə Bakıda keçirilən Beynəlxalq Kiberdiplomatiya Konfransında bildirib.
Onun sözlərinə görə, mütəxəssislərin hazır olmadığı bəzi yeni istiqamətlər meydana çıxır: “Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resursları və potensialı, həmçinin gənc nəsil mütəxəssislərdir: “ADA Universitetinin məlumat analitikası üzrə mütəxəssislər hazırlamaq üçün ABŞ-də fəaliyyət göstərən Corc Vaşinqton Universiteti ilə proqramı var. Universitet məlumat analitikası üzrə mütəxəssislər hazırlamaq üçün xarici universitetlərlə tərəfdaşlıq edir. Məsələn, bu istiqamətdə Corc Vaşinqton Universiteti ilə proqramımız var. Bu, Azərbaycanda gənc mütəxəssisləri böyük məlumatları təhlil etmək, böyük məlumatlardan istifadə etmək üzrə hazırlayan ilk proqramlardan biridir”.
Həmçinin o qeyd edib ki, universitet yeni innovasiyalara çox diqqət yetirir: “Çünki yeni texnologiya, innovasiya və startaplara diqqət yetirmədən bu risklərdən tam təhlükəsiz olmaq mümkün deyil".
Bizim Telegram kanalımıza abunə olun