IMG-LOGO

“Kontakt Home” məhkəməyə verildi - Satdığı mala görə

25.09.2024 13:16 53 baxış
IMG

“Kontakt Home” məhkəməyə verilib.

Lent.az xəbər verir ki, mağazalar şəbəkəsi satılan malın qaytarılması və ya dəyişdirilməsi qaydalarını pozub. Buna görə də şirkət haqqında məhkəməyə şikayət edilib.

Nəticədə “Kontakt Home” barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə) maddəsilə protokol tərtib olunub.

İnzibati işə Nərimanov rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, həmin maddə üzrə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub. 

Xəbər lenti