Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) qeydə alınıb.
Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb.
Faktıa bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.