IMG-LOGO

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəfat edib

25.09.2024 10:14 2 baxış
IMG

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edib.

"Report" agentliyə istinadən xəbər verir ki, o, dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında dünyasını dəyişib.

K.Həsənov 1961-ci ildə Saatlı rayonunda anadan olub. O, uzun illər "Azərsu" ASC-nin sədr müavini işləyib, daha sonra sədr vəzifəsini müvəqqəti icra edib.

Allah rəhmət etsin!

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti