Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Poladlı kəndində baş verib. Şükürzadə Mahir İldırım oğlunun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə manevr qaydalarını pozması nəticəsində qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub.
Nəticədə hər iki sürücü və "Tofaş"da olan 2 sərnişin xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Mahir Şükürzadə yerləşdiyi Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb.