IMG-LOGO

Masallıda DƏHŞƏT: Nişanı qayıdan oğlan məktub yazıb intihar etdi

25.09.2024 00:45 4 baxış
IMG

Masallıda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə sentyabrın 24-də Masallı rayonu Sərəfə kəndində qeydə alınıb. 

Evlərin birində 33 yaşlı Seymur Həsənov həyatına qəsd edib. 

Ailə üzvləri tərəfindən onun üzərindən məktub aşkarlanıb.

Məktubda “məni heç kim qınamasın, mənim taleyim niyə belə oldu?” - deyə sual edərək hər kəsdən onu bağışlamasını istəyib. 

Qeyd edək ki, mərhum subay olub, bir müddət öncə sevdiyi qızla olan nişanı qaytarılıb. 

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Xəbər lenti