IMG-LOGO

Bir yaşlı uşağın üstünə qaynar çaydan aşdı

24 Sep 2024 23:19 184 baxış
IMG

Sabirabad rayonunda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Xankeçən kəndində qeydə alınıb.

Kənd sakini, 2023-cü il təvəllüdlü Əhədov Əlimurad valideyn nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.

Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada gövdənin ikinci dərəcəli termiki yanıq diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti