IMG-LOGO

PSJ-dən Hakimi ilə bağlı YENİ QƏRAR

24.09.2024 19:33 5 baxış
IMG

PSJ müdafiəçi Əşrəf  Hakiminin müqaviləsini uzatmaq üçün danışıqlara başlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə jurnalist Fabrizio Romano xəbər verir.

Paris klubu 25 yaşlı mərakeşlini komandanın əsas oyunçularından biri hesab edir və onunla uzunmüddətli müqavilə imzalamaq niyyətindədir.

Hakimi 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2024/25 mövsümündə Hakimi PSJ-nin heyətində bütün yarışlarda 11 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.  

Xəbər lenti