IMG-LOGO

Bakıda parkdan meyit tapıldı

24.09.2024 19:46 3 baxış
IMG

Bakıda parkdan meyit tapılıb. 

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. 

Rayonun A.Hüseynov küçəsi 10 ünvanında yerləşən parkda naməlum kişi meyiti aşkar edilib. 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, 42 yaşlı Ülvi Vahid oğlu Bayramov olması müəyyən edilib. 

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.  

Faktla rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti