IMG-LOGO

Məşhur müğənni qumarda nələr itirdiyini AÇIQLADI

24.09.2024 19:59 4 baxış
IMG

Sosial şəbəkələrdə qalmaqallı canlı yayımlardan vaz keçən, spirtli içki və siqareti tərgitən müğənni Serdar Ortac  həyatında yeni səhifə açdığını deyib.

Lent.az-ın xəbərinə görə, Ortaç qumar oynadığına görə çox peşman olduğunu bildirib.

İllərdir MS (Dağınıq skleroz) ilə mübarizə aparan və maddi cəhətdən çətin günlər yaşadığı bilinən 54 yaşlı pop müğənnisi bu sözlərdən qısa müddət sonra daha bir təəccüblü etiraf edib. 

“Pul getdi. Bütün qazancımı yedim. Sonra anladım ki, 30-40 ildir bu işdən bir lirə də qazanmamışam. İnsan ancaq öz peşəsindən, çalışdığı işdən qazana bilər. Pul tükəndi, qumar məni məhv etdi. Qumarda nə qədər uduzdum?

Çoxdur. Bir gecədə 2 milyon dollar uduzdum , yenə ağıllanmadım. Rəqəm deyə bilmərəm, indiki pulla eyni olmazdı. 10-15 ev getmişdi. Hər yerdə evim vardı. Mənim mərkəzdə 11 mərtəbəli göydələnim də var idi. Hamısını itirdim. Etdiyim böyük eşşəklik idi” deyib.  

Xəbər lenti