IMG-LOGO

"Qızıl top"un gələcək qalibinin adı AÇIQLANDI

24.09.2024 16:57 2 baxış
IMG

"Real"ın hücumçusu Vinisius Junior "Qızıl top"un yeni qalibi olacaq. 

Lent.az bildirir ki, bu barədə “Marca” xəbər verir.

Mənbənin bildirdiyinə görə, 24 yaşlı braziliyalıya 2023/24 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusu mükafatının veriləcəyi barədə artıq məlumat verilib. Bundan əlavə, idman geyim istehsalçısı Nike Vinisius üçün mükafatın rəsmi təqdimatından sonra geyinəcəyi məhdud sayda qızıl çəkmələr istehsal etməyi planlaşdırır.

"France Football"un "Qızıl top" mükafatlandırma mərasimi oktyabrın 28-də Parisin "Şatle" teatrında keçiriləcək. Vinisiusdan başqa, mükafatın favoritləri arasında “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri və “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem də var. Mükafatın hazırkı sahibi Lionel Messidir.

Ötən mövsüm Vinisius "Real" ilə La Liqa, Çempionlar Liqası və İspaniya Superkubokunun qalibi olub. O, 49 oyun keçirib, 26 qol vurub və 13 məhsuldar ötürmə edib.

Vinisius Braziliya millisində də 10 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Braziliyalılar 2024-cü ildə Amerika Kubokunda uğursuz çıxış edərək, 1/4 finalda Uruqvay komandasına uduzublar (0:0, pen. 2:4).

 

Xəbər lenti