IMG-LOGO

Andrey Boiç: Ümumdünya İqlim Sammiti və COP29-un ümumi məqsədləri olmalıdır

24.09.2024 16:10 4 baxış
IMG

Nyu-Yorkda keçirilən İqlim Sammiti və noyabrda Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı iqlim maliyyəsi ilə bağlı ümumi məsələlər ətrafında birləşməlidir.

Bu barədə “Report”a İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Bürosunun üzvü Andrey Boiç (Andrej Bojic) bildirib.

O izah edib ki, bura karbon bazarlarının yaradılması və fəaliyyəti, eləcə də karbonsuz iqtisadiyyata keçid üçün bilik və texnologiya mübadiləsi daxildir.

A.Boiçin sözlərinə görə, Ümumdünya İqlim Sammiti COP ilə yanaşı, dövlət və özəl sektorların qarşılıqlı fəaliyyəti üçün əsas platformalardan biridir.

"Forum B2B formatında müzakirələr və tədbirlər, eləcə də dövlətlər arasında danışıqların təşkili üçün çox yaxşı platformadır", - COP Bürosunun üzvü qeyd edib.

Onun fikrincə, dövlət və özəl sektor arasında daha dərin əməkdaşlıq olmadan iqlim prosesində uğur əldə etmək mümkün deyil.

“Şəxsən mənim üçün sammit zamanı ən mühüm təşəbbüs maliyyə strategiyaları və tənzimləmə siyasəti sahəsində işlə bağlı olacaq. Bu işlərin nəticələri Bakıda keçiriləcək COP zamanı müzakirəyə təqdim edilməlidir”, - A.Boiç vurğulayıb.

O, həmçinin qeyd edib ki, 2024-cü il Ümumdünya İqlim Sammiti üçün xüsusi ildir, çünki onun COP-da iştirakının 15-ci ildönümü qeyd edilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti