IMG-LOGO

Raul Almaniyada baş məşqçi ola bilər

24.09.2024 15:52 3 baxış
IMG

"Şalke" İspaniya millisinin və "Real"ın keçmiş hücumçusu Raulu komandaya baş məşqçi təyin etmək imkanını nəzərdən keçirir.

Lent.az bildirir ki, bu barədə “Bild” xəbər verir.

Mənbənin məlumatına görə, klub 47 yaşlı ispaniyalını bu posta əsas namizəd hesab edir. Mütəxəssis özü "Real"ın ehtiyat komandası olan "Kastilya" ilə işləməyə davam etmək istəyir, lakin Almaniya klubu Raulu inandırmağa ümid edirlər.

“Şalke” 5 oyundan 4 xalla 2-ci Bundesliqada turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Sentyabrın 21-də klub rəhbərliyi 2023-cü ilin oktyabrından komandaya rəhbərlik etmiş Karel Qeraertsi istefaya göndərib.

Raul 2010-cu ilin iyulundan 2012-ci ilin iyununa kimi "Şalke"də çıxış edib. Hücumçu 2015-ci ilin noyabrında karyerasını başa vurub, bundan sonra məşqçilik karyerasına “Real” sistemində başladı. O, 2019-cu ilin iyulundan “Kastilya”nı çalışdırır.

Xəbər lenti