IMG-LOGO

“Haber Global”ın altı yaşı tamam olur

24.09.2024 15:14 2 baxış
IMG

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün altı yaşını qeyd edir.

"Report" xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb.

Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

“Report” İnformasiya Agentliyinin kollektivi olaraq “Haber Global” telekanalını fəaliyyətə başlamasının altı illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti