IMG-LOGO

SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib

24.09.2024 15:20 2 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC 17-20 sentyabr tarixlərində Özbəkistanda keçirilən “İKT Həftəsi” (ICT Week 2024) tədbirində stendlə çıxış edib.

20-yə yaxın ölkənin təmsil olunduğu tədbirin sərgi hissəsində “AzInTelecom” əməkdaşları şirkətin məhsul və xidmətləri barədə iştirakçılara məlumat verib, potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

Tədbirin ilk günündə “AzInTelecom”un stendini ziyarət edənlər arasında Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov da olub. Ziyarət zamanı nazirə “AzInTelecom”un əsas rəqəmsal məhsullarından olan “SİMA İmza” haqqında məlumat verilib. Ş.Şermatov “SİMA İmza”nın biometriya funksionallığını maraqla qarşılayıb.

Tədbirin 3-cü günündə “AzInTelecom”un nümayəndə heyəti Özbəkistanda elektron imzalar üzrə məsul qurum olan Yeni Texnologiyalar Mərkəzində olub. Mərkəzin rəhbərliyi ilə görüşən “AzInTelecom” əməkdaşları Özbəkistanda elektron imza sahəsinin inkişafı üçün “SİMA İmza”nın imkanlarından istifadənin mümkünlüyünü vurğulayıblar. Mərkəzin direktoru Şərifjon Kayumov SİMA-nın imkanlarını yüksək qiymətləndirib və daha geniş müzakirələr üçün Bakıya səfər edə biləcəklərini qeyd edib.

“Özbəkistan İKT Həftəsi” informasiya və kommunikasiya texnologiyaları sahəsində Mərkəzi Asiya və ətraf regionlardakı İT şirkətlərini bir araya toplayan qlobal tədbir hesab olunur. Tədbirin gedişində sərgilər və seminarlar təşkil olunub, ekspertlər çıxış edib, şirkətlər öz texnoloji məhsullarını nümayiş etdiriblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti