IMG-LOGO

Özünə bəy tapa bilməyən TikTok fenomeni məktub yazıb intihar etdi

24.09.2024 15:13 2 baxış
IMG

Türkiyədə TikTok fenomeni Kübra Aykut intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Sultanbəyli qəsəbəsində baş verib. Fenomen yaşadığı binanın beşinci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

Məlumata görə, özünə bəy tapa bilmədiyi üçün öz-özünə toy edən fenomen intihardan əvvəl məktub yazıb. O, məktubda özü istəyi ilə intihar etdiyini deyib:

“Öz iradəmlə intihar etdim. Çünki artıq yaşamaq istəmirəm. Həyatımdakı hər kəsə yaxşı oldum. Ama özümə yaxşı ola bilmədim. Yaxşı insan olaraq yaşamaq mənə xeyir vermədi. Yaşamaq üçün hiyləgər olun. O zaman xoşbəxt olarsınız. Günlərdir can çəkişirdim, kimsə görmədi. Özümü çox sevən mən, özümü düşündüyüm üçün gedirəm. Üzr istəyirəm. Necə də yenə təəccübləndirdim sizi”.

Digər tərəfdən Kübra Aykut intihar etməzdən 5 saat əvvəl yaşadığı evdə təmizlik etməsi ilə bağlı video çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Xəbər lenti