IMG-LOGO

Azərbaycanda suüstü dronlar istehsal edilib

24.09.2024 14:19 2 baxış
IMG

Azərbaycanda suüstü dronlar istehsal edilib.

"Report" xəbər verir ki, dronlar sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.

Bildirilib ki, dronların sınaqlarına başlanılıb. Bunlar kamikadze tipli suüstü dronlardır. "Kalan" və "Suqovuşan" adlanan dronlar yaxın vaxtlarda Azərbaycan Ordusunun sərəncamına veriləcək.

"Kalan"ın uzunluğu 1500 mm, eni 400 mm, əhatə dairəsi - 20 mil, sürəti 30 km/saat, partlayıvı hissə tip: TNT, partlayıcı hissə, ağırlıq isə 5 kq-dır.

"Suqovuşan"ın uzunluğu 2200 mm, enk 500 mm, çəkisi 60 kq, əhatə dairəsi - 20 mil, sürəti 50 km/saat, partlayıcı hissə, tip: TNT, partlayıcı hissə, ağırlıq 10-15 kq-dır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti