Daşkəsəndə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Əmirvar yolunda qeydə alınıb. Əhmədov Eşqin Arzu oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil əlverişsiz hava şəraiti səbəbilə yol kənarındakı plakata çırpılaraq, dərəyə aşıb.
Nəticdə sürücü hadisə yerində ölüb. Onun sərnişini İsrəfilov Mehman İdris oğlu isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Mənbə: lent.az